Məleykə Abbaszadə drektorları sorğu-sual edəcək

Məleykə Abbaszadə drektorları sorğu-sual edəcək
  18 Fevral 2014    Oxunub:1749
TQDK zona müşavirəsi keçirəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, sabah zona müşavirəsi keçirəcək.

Zona müşavirəsində TQDK sədri Məleykə Abbaszadənin, Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Şuşa, Qubadlı, Zəngilan rayonlarının təhsil şöbələrinin rəhbərlərinin, eləcə də Abşeron, Binəqədi, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal, Şuşa, Zəngilan, Xəzər, rayonlarının orta ümumtəhsil məktəblərinin direktorlarının və müəllimlərinin iştirakı nəzərdə tutulur.

Müşavirədə adı çəkilən rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti