“Ermənistan üçün də yeni imkanlar açıla bilər” - Hikmət Hacıyev

 “Ermənistan üçün də yeni imkanlar açıla bilər” -    Hikmət Hacıyev
  27 Yanvar 2021    Oxunub:2590
Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq regionun inkişafına və təhlükəsizliyin təmin olunmasına yönəlib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib.

H.Hacıyev bildirib ki, bu əməkdaşlıq regionda sülhü gücləndirir:

“Ermənistan da öz işğalçılıq siyasətindən əl çəkərsə, Türkiyə ilə Azərbaycan arasında regionda əməkdaşlıqdan faydalanar və Ermənistan üçün də yeni imkanlar açıla bilər".

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Prezidentin-köməkçisi  





Xəbər lenti