Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi

  27 Yanvar 2021    Oxunub : 1915
   Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi
Yanvarın 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazir Ceyhun Bayramov dəniz quldurlarının hücumuna məruz qalmış gəmi heyətinin öldürülmüş azərbaycanlı üzvünün nəşinin vətənə gətirildiyini qeyd edərək, bu müddət ərzində məsələnin xüsusi diqqətdə saxlanılması, əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçirilməsi və göstərdiyi yardıma görə qardaş Türkiyədən olan həmkarına təşəkkürünü bildirib.

Nazir, həmçinin gəmi heyətinin əsir götürülmüş 15 üzvünün taleyi ilə, həyata keçirilən xilasetmə tədbirləri ilə maraqlanıb və sözügedən Türkiyə vətəndaşlarının tezliklə ölkələrinə geri qayıtmalarını arzu edib.

Azvision.az

Teqlər: XİN   Nazir