"Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsi hazırlanacaq

  23 Yanvar 2021    Oxunub : 2251
   "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsi hazırlanacaq
Azərbaycanda yeni qanun layihəsi hazırlanacaq.
Azvision.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2021-ci ilin yaz sessiyası dövrünə dair məsələ işlər planına daxil edilib.

İşlər planı haqqında komitənin bu gün keçirilən iclasında məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, yaz sessiyasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulur və “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin hazırlanması üzərində iş davam etdiriləcək.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MM   Qanun   Layihə