Kirayədə yaşayan prokurorluq işçilərinə əlavə pul ödəniləcək
Dəşikikliyə görə, bunun üçün prokurorluq işçisinin ailə üzvlərinin şəxsiyyət vəsiqəsi, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələri və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiqlənmiş surəti təqdim edilməlidir. Eyni zamanda prokurorluq işçisi ailə tərkibində dəyişiklik baş verdikdə bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyasının verilməsi ilə bağlı müvafiq sənədlər gətirməlidir.
Qeyd edək ki, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir:
Bakı şəhərində - 150 manat
Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat
başqa şəhər və rayon mərkəzlərində - 75 manat
digər yaşayış məntəqələrində - 55 manat.
Azvision.az
Teqlər: