Səfir üçüncü ünsürlərdən danışıb

Səfir üçüncü ünsürlərdən danışıb
  25 Mart 2013    Oxunub:1357
“Üçüncü ünsürlər iki ölkə arasındakı münasibətlərə təsir etmək istəyirlər”
AzVision.az xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Möhsün Pakayini İran mətbuatına müsahibəsində deyib. Səfir 1391-ci günəş ilində İran ilə Azərbaycanın əlaqələrini nəzərdən keçirərək, iki ölkə arasındaki münasibətlərin eniş-yoxuşla yanaşı olduğunu qeyd. O bildirib ki, iki ölkə rəsmilərinin müdrüklüyü nəticəsində, etimad və sabitliyin keçmişdə olduğu kimi bərpa oluub.

Rəsmi Bakının İranın dünya və regionda inkişafda olan rolundan məlumatlı olduğuna və Qarabağ münaqişəsinin həllində İranın aktiv iştirakını regionda sülh və təhlükəsizliyin bərqərar olunması və öz ərazi bütövlüyünün qorunmasının xeyrinə hesab etdiyinə toxunan Pakayin əlavə edib: “Tehran da Azərbaycan Respublikasını regionda önəmli ölkə və Qafqaza doğru dəhliz hesab edir və ticarət, tranzit və enerji sektorlarında müştərək quru və dəniz sərhədlərini nəzərə alaraq Bakı ilə münasibətlərin gücləndirilməsində maraqlıdır.

İran və Azərbaycan Respublikası arasında münasib əlaqələrin regionda stabilliklə nəticələnə və iki ölkənin sülh və stabilliyinin qorunmasında önəmli rol oynaya biləcəyini deyən İran səfiri: “qənaətimcə, üçüncü ünsürlər iki ölkənin münasibətlər atmosferini təsirə məruz qoymaq istəyirlər. Bu əlaqələrdə regiondan kənar qüdrətlərin rolu müşahidə olunur. Başqa sözlə Azərbaycan Respublikası və İran İslam Respublikası münasibətləri iki ölkə rəsmilərinin daha artıq diqqətinə ehtiyaclıdır”-deyə, M.Pakayin əlavə edib.




Teqlər:  





Xəbər lenti