Piyadanı vurub qaçan sürücü ələ keçdi

Piyadanı vurub qaçan sürücü ələ keçdi
  25 Mart 2013    Oxunub:1118
Sumqayıtda ağır yol qəzası baş verib.
Şəhər Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini, 1967-ci il təvəllüdlü Almaz Ziyad qızı Alıyeva yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən qaçan sürücü, 1993-cü il təvəllüdlü Şahin Məmmədov tutulub.

Onun hadisəni özünə məxsus “VAZ-21099” markalı avtomobillə törətdiyi müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(apa)


Teqlər:  





Xəbər lenti