Ermənilər rusların sözünü yerə saldı - Atəşkəs pozuldu

Ermənilər rusların sözünü yerə saldı - Atəşkəs pozuldu
  07 Fevral 2014    Oxunub:1118
Ermənistandan Rusiyaya hörmətsizlik

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub.

Bildirilib ki, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcavan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, Rusiya Soçi Olimpiyadası ilə bağlı bütün dünyadakı münaqişə ocaqlarına sülh çağırışı edərək olimpiyada müddətində atəşkəsin pozulmamasını xahiş edib. Buna baxmayaraq erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutaraq çağırışa məhəl qoymayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti