Prezidentin ən yaxın adamı öldürüldü

Prezidentin ən yaxın adamı öldürüldü
  22 Mart 2013    Oxunub:1510
Qətliamın Bəşər Əsədin əmriylə törədildiyi güman olunur.
Suriyanın paytaxtı Dəməşqin Məzra bölgəsində baş vermiş kamikadze hücumda aralarında “Əməvi” məscidi moizəçisinin də olduğu bir çox insan həlak olub. Suriya dövlət telekanalı Məzra bölgəsindəki “İman” məscidində naməlum şəxsin üzərindəki partlayıcı qurğunu işə salaraq partlayış törətdiyini, o anda məbəddə dərs verən Muhamməd Səid Ramazan əl Buti və 42 möminin öldüyünü deyib.

Bəşər Əsədə dəstək verən Ramazan əl Buti Dəməşq universiteti İlahiyyət fakultəsinin də dekanı olub. Bir vaxtlar ata Əsədə də (Hafiz Əsəd) dəstək verən Buti bu səbəbdən İslam dünyasının tənqid hədəfi olub. Dəməşq Alimləri Şurasının sədri olan Ramazan əl Buti Suriyada daxili iğtişaşlar başladığı gündən bəri müxaliflərə qarşı cihadın vacib olduğunu bildirən fətva vermiş, bütün dünya müsəlmanlarını Suriya ordusuna dəstək verməyə çağırmışdı.

İslam əqidəsi sahəsində bir çox kitab yazmış Ramazan əl Butinin ən məşhur əsəri “Fiqhus Siyrə” olub.

Qətliamın Bəşər Əsədin əmriylə törədildiyi güman olunur. Belə ki, "İman" məscidinin və Ramazan əl Butinin Əsəd rejiminin xüsusi mühafizəsi altında olduğunu bildirən müxaliflər din aliminin Türkiyəyə qaçacağına dair iddialar səsləndirirdilər.


Teqlər:





Xəbər lenti