İslandiyadan unikal enerji layihəsi
Şaxtanın divarları poladla hörülərək soyuq su ilə doldurulan və yüksəktəzyiqli qızdırılmış buxar şəklində qayıdan quyuya çevrilib. Temperatur dərəcəsi 450°C olan buxar elektrik stansiyasına ötürülərək orada turbinləri fırladır.
Quyu vulkan krateri yaxınlığında qazılıb. Qazma işləri təbəqə su ilə yuyulmaqla aparılıb. Belə ki, quyuya maqmanın yolunu kəsən daş süxurlarını parçalayan soyuq su vurulub. Hesablamalara əsasən, maqma ilə qidalanan stansiya 36 meqavatadək gücü generasiya edəcək. Layihə çərçivəsində geotermal stansiyaların güc və buxar temperaturunda dünya rekorduna imza atılıb.
Hazırda layihənin fəaliyyəti bir neçə ay müddətinə dayandırılıb. Buna səbəb quyuya buxarın elektrik stansiyasına ötürülməsi üçün borular qoşulan zaman klapanın sıradan çıxması və şaxtanın müvəqqəti bağlanmasıdır. Bir neçə müddətdən sonra quyunun yenidən açılması, eləcə də daha bir quyunun qazılması planlaşdırılır.
Teqlər: