900 nəfər işlə təmin olunub

900 nəfər işlə təmin olunub
  02 Fevral 2014    Oxunub:1531
2013-cü ildə Mingəçevirdə 900 nəfər daimi və müvəqqəti işlə təmin olunub.
Ötən il Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə 703 nəfər işaxtaran vətəndaş müraciət edib.

AzVision.az xəbər verir ki, mərkəzdən AzərTAc-a bildiriblər ki, müraciət edənlərin 464-ü öz peşəsinə uyğun daimi işlə təmin olunub. Onların 177-i qadın, 153-ü gəncdir.

Vətəndaşlar əsasən emal sənayesi, tikinti, elektrik enerjisi, təbii qaz və su təchizatı, səhiyyə və sosial xidmətlər, maliyyə, rabitə və kommunal xidmət sahələrində işləməyə göndərilmişdir. Bundan əlavə, mərkəz 10 nəfəri haqqı ödənilən ictimai işlərə, 48 nəfəri peşə hazırlığı kurslarına cəlb etmiş, 68 nəfərə işsiz statusu verərək müavinət ödəyib.

Mingəçevir Şəhər Əmək Birjasından verilən məlumata görə isə, ötən il birjada qeydiyyata alınmış şəxslərin 436 nəfəri müvəqqəti işlə təmin olunmuşdur. Beləliklə, daimi və müvəqqəti işlə təmin edilənlərin sayı 900 nəfərə çatıb.


Teqlər:





Xəbər lenti