Qarabağda qorxulu virus yayıldı

Qarabağda qorxulu virus yayıldı
  01 Fevral 2014    Oxunub:1317
Bununla bağlı, işğal olunmuş Azərbaycan torpaqlarında əksər müəssisələr, o cümlədən məktəblər bağlanıb.

AzVision.az xəbər verir ki, yanvarın 1-dən başlayaraq qondarma Dağlıq Qarabağ Respublikasının ərazisində kəskin reseptorlu virus infeksiyası yayılmağa başlayıb.

Sürətlə yayılan xəstəlik artıq epidemiya halı ala bilər. Belə ki, yanvarın ilk 24 günü ərzində Dağlıq Qarabağda 1178 yoluxma halı qeydə alınmışdısa, son 5 gün ərzində xəstələrin sayı daha 913 nəfər artmışdı. Epidemiya halını alan virus infeksiyasının qarşısını almaq üçün Xankəndində, Laçında, Ağdərədəki əksər müəssisələr, o cümlədən məktəblər qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb. Qondarma qurumda sanitar-epidemioloji tədbirlər həyata keçirilir.

Xatırladaq ki. buna qədər 2013-cü il martın 1-də keyfiyyətsiz ərzaq məhsullarının qəbulu ilə bağlı Dağlıq Qarabağda kəskin virus infeksiyası yayılmışdı. Nəticədə, Qarabağdakı məktəbəqədər və məktəb yaşlı uşaqların 20%-i bu xəstəliyə yoluxmuşdu.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti