2013-cü ildə 1 milyarddan çox smartfon satılıb
Bazarda liderliyi Cənubi Koreyanın “Samsung” şirkəti edir, ondan sonra ABŞ-ın “Apple” və Çinin "Huawei” şirkətləri qərarlaşıb. Ötən il mobil telefonların baza modelləri daxil olmaqla ümumilikdə 1,8 milyard qurğu satılıb. Bu isə o deməkdir ki, 2013-cü ildə satılan qurğuların yarısından çoxunu smartfonlar təşkil edir.
“Smartfonların populyarlığının artması ilə əlaqədar əsas yeniliklər arasında ekran diaqonalı böyük qurğuları və qiyməti rekord səviyyədə aşağı olan aparatları qeyd etmək olar. Bu halda əsas hərəkətverici qüvvə Çin, Hindistan və Braziliyada populyar olan məhz ucuz smartfon modellərinin yaradılması hesab olunur. Bu ölkələrdə Yer kürəsi əhalisinin təxminən yarısı məskunlaşıb” , - “IDC” nümayəndələri bildirib.
Teqlər: