Komendant saatının üçüncü günü - FOTOREPORTAJ

  30 Sentyabr 2020    Oxunub : 9105
Komendant saatının üçüncü günü -  FOTOREPORTAJ
Xəbər verdiyimiz kimi, sentyabrın 28-də ölkə ərazisində hərbi vəziyyət elan olunub. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.
Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib.

Bundan əlavə, bəzi şəhər və rayonlarda xüsusi giriş-çıxış rejimi tətbiq olunur, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülür.

Azvision.az komendant saatının üçüncü günündə lentə alınan fotoları təqdim edir:




























Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Bakı   Komendat   Paytaxt