Dörd ayda 15,1 min şəxsə əlillik təyin olunub

Dörd ayda 15,1 min şəxsə əlillik təyin olunub
  07 May 2024    Oxunub:415
Bu ilin yanvar-aprel ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15,1 min şəxsə əlillik təyin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, onlardan 7,3 mininə ilkin, 7,8 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti