Erməni təxribatı nəticəsində polis binasına ziyan dəyib - FOTO

 Erməni təxribatı nəticəsində polis binasına ziyan dəyib -  FOTO
  29 Sentyabr 2020    Oxunub:2989
Hərbi qüvvələrimizlə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, bu gün saat 12 radələrində düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb:

“Zərbə o qədər güclü olub ki, mərminin qəlpələri inzibati binanın dəhlizlərinə qədər daxil olub. Xoşbəxtlikdən insan tələfatı, xəsarət alan olmasa da, binaya ciddi maddi ziyan dəyib. Bu bir daha onu göstərir ki, döyüş meydanında ağır zərbələr alan düşmən cəbhədən xeyli aralıda olan yaşayış məntəqələrimizi, orada yaşayan mülki əhalini hədəf seçməkdə davam edir”.





Azvision.az


Teqlər: DİN  





Xəbər lenti