Xəzərdə daha bir quyu neft verdi
Q.Birrell şirkət adından respublika rəhbərliyini, ARDNŞ-i və layihənin reallaşdırılmasında iştirak edən bütün tərəfləri bu münasibətlə təbrik edib.
Onun sözlərinə görə, AÇG-də indiyədək 2,3 milyard barel neft hasil olunub. Bp Xəzərdə ümumilikdə səkkiz quyu istifadəyə verib.
Qeyd edək ki, Qərbi Çıraq yatağında hasilat 28 yanvar tarixində J05 quyusundan başlayıb. Neft əvvəlcə platformada quraşdırılmış texnoloji qurğulardan keçəcək, sonra isə yeni yataqdaxili boru kəməri vasitəsilə sualtı ixrac boru kəmərinə ötürüləcək və bu kəmərlə də Səngəçal terminalına ixrac ediləcək. Hasilat 2014-cü il ərzində digər quyular işə düşdükcə artacaq.
Qərbi Çıraq platforması dənizin 170 metr dərinliyində, mövcud Çıraq və Dərinsulu Günəşli platformaları arasında quraşdırılıb. Yeni platformanın layihə gücü gündəlik 183 min barel neft təşkil edir. Platforma həmçinin gündəlik 285 milyon standart kub fut qaz ixrac etmək gücündədir.
Teqlər: