Baş Prokurorluq növbəti sual-cavab sessiyası keçirəcək

Baş Prokurorluq növbəti sual-cavab sessiyası keçirəcək
  23 Sentyabr 2020    Oxunub:2809
Sentyabrın 25-də saat 15:00-dan 18:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində prokurorluqla bağlı növbəti sual-cavab sessiyası keçiriləcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, vətəndaşlar sessiyada iştirak edərək prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maraqlandıqları mövzularda suallarla müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müasir, vətəndaş yönümlü və onu məmnun edən tədbirlərin həyata keçirilməsi xüsusilə diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun və aşkarlığın təmin edilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı suallar mütəmadi qaydada cavablandırılır.

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti