İlkin mərhələdə əhalinin 20 faizi vakinasiya olunacaq

 İlkin mərhələdə əhalinin 20 faizi vakinasiya olunacaq
  23 Sentyabr 2020    Oxunub:2792
Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib: "Yəqin ki, bu həftəsonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən, dializ xəstələri, şəkərli diabet xəstələri, ürək, qan-damar xəstəlikləri, böyrək çatışmazlığı olan və digər xəstəliyi olan şəxslər daxildir. Vaksinasiya könüllü xarakter daşıyacaq".

Azvision.az




Teqlər: Koronavirus   Vaksin  





Xəbər lenti