Azərbaycanda tikintiyə 11,9 milyard xərclənib
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2012-ci illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 15,1 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 25 faiz artıb.
Məhsul istehsalı obyektlərinin inşasına investisiyanın 48,3 faizi, yaxud 8,6 milyard manat sərf olunub. Həmin vəsaitin 76,7 faizini və ya 13,7 milyard manatını daxili investisiyalar təşkil edib.