Neft Fondu 30 175 kiloqram qızıl alıb
AzVision.az xəbər verir ki, ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AzərTAc-a bildiriblər ki, 2013-cü il ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 119,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 13 108,0 milyon manat, akrhesabı ödənişlər 1,8 milyon manat, tranzit gəlirləri 8,1 milyon manat, bonus ödənişləri 1,9 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilən aktivlərdən 0,1 milyon manat təşkil etmişdir.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 480,6 milyon manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 43,0 milyon manat təşkil edib.
Hesabat dövründə Fondun 2013-cü il büdcəsinin icrası çərçivəsində 11 350,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 173,9 milyon manat vəsait ayrılmışdır. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 25,7 milyon manat vəsait ayrılıb. Hesabat dövründə 33,0 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Fond tərəfindən Türkiyədəki “Star” neft emalı kompleksinin tikintisinə 372,6 milyon manat vəsait yönəldilib. 2013-cü il ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 47,5 milyon manat təşkil edib.
2014-cü il yanvarın 1-nə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 5,1 faiz artaraq 35 877,5 milyon ABŞ dollarına bərabər olub.
2012-ci ildən etibarən ARDNF qızılın alınmasına başlayıb və 2014-cü il yanvarın 1-nə Fond tərəfindən alınan qızılın miqdarı 30 175 kiloqrama (970 146 troya unsiyası) çatıb.
Teqlər: