Azərbaycan - Fransa iqtisadi əlaqələri danışıldı

Azərbaycan - Fransa iqtisadi əlaqələri danışıldı
  29 Yanvar 2014    Oxunub:1618
Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın ərzaq sənayesi naziri Giyom Qaro ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, görüşdə Azərbaycan və Fransa arasındakı mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi sahədə əlaqələrin uğurla davam etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Qeyd edilidi ki, hazırda fransız şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.
Bununla belə, Fransa şirkətləri Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrində də fəaliyyəti genişləndirə bilərlər.

Görüşdə Azərbaycan iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatı sahəsində həyata keçirilən iri layihələr barədə ətraflı məlumat verilmiş, aqrar sektorun ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olduğu diqqətə çatdırıldı. Habelə Fransa və Azərbaycanda keçirilən şərabçılıq festivallarının iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanmış, azərbaycanlı iş adamları bu ilin fevralında Fransada keçiriləcək kənd təsərrüfatı sərgisinə dəvət edildilər.

Nazir Şahin Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu, ölkəmizdə sərmayədarlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırıb.
Görüş zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Fransanın müvafiq qurumu arasında əməkdaşlıq imkanları da nəzərdən keçirilib.


Teqlər:





Xəbər lenti