QHT sədri : `Gənclərimiz şanslıdırlar, çünki...`
Öz növbəsində Avropa təşkilatının rəhbərlərindən olan Zora Papova təmsil etdiyi QHT haqqında məlumat verərək bildirib ki, onların işlərinin ana xəttini konfliktlərin aradan qaldırılması, post-konflikt dövründə təlimlərin keçirilməsi və müxtəlif tədqiqatların aparılması üzrə ixtisaslaşıblar. O, Almaniya və Danimarkada federal və yerli hökumətlərlə sıx əlaqələrinin olduğunu, həmçinin ATƏT, AŞ PA və Aİ-nin dəstəyi ilə bir çox layihələr icra etdiklərini qeyd edib.
Görüşdə qonaqlar tərəfindən verilən sualları cavablandıran V. Hüseynli Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkünlərimizin olduğunu, bu münaqişənin Azərbaycanın inkişafına, 20 faiz ərazinin nəzarətsiz qalmasının fəsadlarının dünyaya verdiyi mənfi amillərdən danışıb. QHT rəhbəri son günlər ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində 2 gənc hərbiçinin snayperlə vurulması faktını, sərhəd rayonlarının dinc əhalisinin belə yarandığı faktını qeyd edib.
Görüşün yekunu olaraq Azərbaycanın Avropaya inteqrasiyasının sürətləndirilməsi, konfliktlərin həlli, ölkəmizin vətəndaş cəmiyyəti modelinin inkişafı məsələləri geniş müzakirə edilib.
Qeyd edək ki. səfər Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici qht-lər üçün elan etdiyi müsabiqə çərçivəsində qalib olmuş "Stabil gələcək naminə əməkdaşlıq: millətlərarası və mədəniyyətlərarası dialoq sülhün və davamlı inkişafın təmin edilməsində alət kimi" adlı layihəyə çərçivəsində reallaşıb .
Teqlər: