“Əməkhaqqı heç də yüksək deyil” - Anar Kərimov

 “Əməkhaqqı heç də yüksək deyil” -  Anar Kərimov
  17 Sentyabr 2020    Oxunub:2872
Mədəniyyət sahəsində bir sıra standartlar müəyyən edilməlidir. Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən boşluqlar var. Ona görə də standartlaşma bizim yeni yanaşmamızdır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

"Beynəxalq təcrübənin yaxşı modellərini istifadə etməliyik" - deyən A.Kərimov əlavə edib ki, mədəniyyət sahəsinə özəl sektoru cəlb etmək fikirləri var:

“Fransada özəl sektorun mədəniyyət sahəsinə investisiya qoymasının şahidi olmuşam. Bunu ölkəmizdə etmək üçün müəyyən vergi güzəştlərinin edilməsinə ehtiyac duyulur”.

Nazir müavini, həmçinin qeyd edib ki, mədəniyyət sahəsində çalışan şəxslərin əməkhaqqı heç də yüksək deyil.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Mədəniyyət   Komitə   İclas  





Xəbər lenti