Gömrük İttifaqından kim nə qazanacaq? – TƏHLİL
Gömrük İttifaqı yaradılandan sonra isə ikinci və son mərhələ kimi 2015-ci il yanvarın 1-ə qədər bu Avropa Birliyinə oxşar bir qurumun – Avrasiya Birliyinin yaradılması hədəflənib. Xüsusilə də Vladimir Putin 3-cü dəfə Rusiya prezidenti seçiləndən sonra bu istiqamətdə görülən işlər sürətləndirilib və keçmiş Sovet republikalarının yenidən Avrasiya Birliyi adı altında birləşməsi hədəflənib. Rusiya bu birliyin köməyi ilə iqtisadi zona yaratmağa çalışdığını desə də, bir çox ölkə bunu Rusiyanın geopolitik təsir sahəsini böyütmək niyyəti güdməyindən narahatdır. Belə ki, Rusiya əlaqədar ölkələrə onları bu birliyə üzv etmək üçün hər cür iqtisadi və siyasi təzyiq göstərib. Buna misal olaraq Rusiya ilə Ukrayna arasında baş verən təbii qaz böhranı, Rusiyada işləyən azərbaycanlı miqrantlara qarşı təzyiqlərin artmağı və onlardan bir qisminin ölkədən çıxarılmağını göstərmək olar. Rusiyanın başçılığı ilə yaradılan Gömrük İttifaqını daha yaxşı başa düşmək üçün onun üstünlüklərini və çatışmazlıqlarını təhlil etmək lazımdır.
Üzv dövlətlər Gömrük İttifaqına qoşularsa hansı üstünlükləri və çatışamzlıqları qazanacaqlar?
1) Üzv dövlətlər öz aralarında gömrük rüsumu olmadan ticarət edəcəklər. Bu da bəzi məhsulların qiymətinə müsbət təsir edəcək və üzv dövlətlər arasında ticarət əlaqələrini artıracaq.
2) İstehsalla məşğul olan şirkətlər lazımi xammalı üzv dövlətlərdən gömrük rüsumu ödəmədən daha ucuz qiymətə əldə edəcəklər. Bununla da istehsal xərci azalacaq və bəzi məhsulların istehsalı artacaq.
3) Xammal və investisiya qoyulması sərbəst olacaq bunun nəticəsində ittifaqa üzv dövlətlər arasında sərmayələrin həcmi artacaq.
4) Ölkələr arasında işçilərin gediş-gəlişi sərbəst olacaq və bu da vətəndaşlara birliyə üzv ölkələrə vizasız getməyə və orada qalmağa imkan verəcək. Hazırda Rusiyada çalışan çoxlu sayda miqrant var ki, Rusiya bundan həmişə qonşu dövlətlərə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edir. Məsələn, 2008-ci ildə Rusiya qonşu ölkələrə ibrət göstərmək məqsədilə ölkədəki gürcü miqrantları deportasiya etmişdi.
5) İttifaqa üzv dövlətlərin hədəflərindən biri də ortaq pul vahidinin yaradılmağıdır. Belə ortaq pul vahidi məzənnədəki dalğalanmalardan təsirlənməyəcək və üzv dövlətlər arasında sabit ticarətin olmağını təmin edəcək.
Gömrük İttifaqının çatışmazlıqları:
1) Gömrük Birliyinin ən böyük çatışmazlığı üzv dövlətlərin suverenliyini itirmələri və müstəqil siyasət yürüdə bilməməyi olacaq. Belə ki, üzv dövlətər 3-cü dövlətlərlə azad şəkildə müqavilələr imzalaya bilməyəcək. Müqavilə imzalamaq istəyəndə ittifaqın digərin üzv dövlətlərindən icazə almalı olacaqlar. Belə olan halda hansısa dövlətin şəxsi mənafeyi ilə üst-üstə düşən, amma digər üzv dövlətlərin xüsusilə də Rusiyanın mənafeyinə uyğun olmayan müqavilələrin imzalanması əngəllənəcək.
2) Üzv dövlətlər öz aralarındakı ticarətin həcmini artırmaq üçün 3-cü dövlətlərdən alacaqları məhsullara yüksək gömrük rüsumu tətbiq edəcəklər. Bununla da əvvəllər 3-cü ölkələrdən daha ucuz qiymətə əldə olunan məhsullar dahan yüksək qiymətə alınacaq və bu da bəzi məhsulların qiymətini artıracaq.
3)Xüsusilə Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələr hidrokarbon ehtiyatları ilə zəngin olduğundan onların ixracatının böyük hissəsini enerji təşkil edir. Bu vəziyyətdə maraqlı olan dövlətlər iqtisadi inkişafında enerji ticarəti ilə bağlı müstəqil siyasət yürüdə bilməyəcəklər. Çünki, birlik üzvləri ortaq enerji siyasəti yeridəcəklərindən, daxildə və xaricdə eyni enerji siyasətini həyata keçirmək məcburiyyətində qalacaqlar. Buna görə də bu dövlətlər birlik üzvlərinə daha ucuz qiymətə və 3-cü ölkələrə daha da baha qiymətə satmaq məcburiyyətində qalacaqlar ki, bu də gəlirlərin əksəriyyətinin enerji ixracatından əlavə edən dövlətləri böyük ziyana salacaq. Bundan başqa, Rusiyanın təbii qaz mövzusunda xüsusilə inhisar mövqeyində olmaq istədiyi diqqətə alındığında, enerji siyasəti Rusiyanın mənfəətləri istiqamətində olacaq ki, bu da Rusiyanın inhisar mövqeyini daha da qüvvətləndirəcək.
4) Hər nə qədər ortaq gömrük rüsumu olsa da, bunlar ümumilikdə Rusiyanın gömrük rüsumları diqqətə alınacaq. Bu da Rusiyanın mənfəətinə xidmət edəcək. Bu durumda Rusiya xüsusilə özü istehsal etdiyi məhsualları 3-cü ölkələr üçün yüksək gömrük rüsumu tətbiq ediləcək, öz məhsullarını baha qiymətə birliyin digər ölkələrinə satmağa çalışacaq. Bununla yanaşı, özləri istehsal etmədiyi məhsullar üçün də gömrük vergilərini aşağı qiymətdə tutmağa çalışacaq. Bunun ən yaxşı misalını Rusiya, Belarusiya və Qazaxıstanın ortaq gömrük rüsumunu tətbiq etməsinə başladıqlarından sonra gömrük rüsumlarında ortaya çıxan dəyişikliklərində görə bilərik. Türkiyənin Moskva Səfirliyinin Ticarət Müşavirliyinin məlumatına görə, , Rusiya üçün mövcud tariflərin 82%-i eyni qalıb, 14%-i düşüb, 4%-lik bir bölümümdə artım yaşanıb. Belarusya üçün mövcud tariflərin 75%-i eyni qalıb, 7%-i aşağı düşüb, 18%-də isə artım qeydə alınıb.
Qazaxıstan üçün mövcud tariflərin 45%-i sabit qalıb, 10%-i düşüb və 45%-ı da artım müşahidə edilib.
5)İttifaqa üzv olması gözlənilən Qırğızıstan, Tacikistan, Ermənistan kimi az inkişaf etmiş ölkərdəki iş gücü Rusiyanın Rusiya ilə yanaşı, Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi iqtisadiyyatı daha güclü olan ölkələrə gələ bilər, həm də əmək haqlarını aşağı çəkə bilir.
6) İttifaqa üzv olması gözlənilən bir çox ölkənin birbaşa dənizlərə çıxışı olmadığı üçün, ümumilikdə 3-cü dövlətlərdən edilən idxal Qara dəniz üzərindən Rusiya tərəfindən ediləcək və bu məhsullar daha sonra gömrüksüz olaraq digər üzv dövlətlərə satıla biləcək. Bu vəziyyətdə Rusiya həm idxal etdiyi məhsulların gömrük vergisindən qazanc əldə edəcək, həm də idxal məhsullarını rahat şəkildə digər dövlətlərə ixrac edə biləcək. Bununla da yuxarıda qeyd etdiyimiz təhlillər göstərir ki, Gömrük İttifaqı əslində qısa müddətlik bəzi qazanclar versə də, uzun müddətə ciddi itkilərə səbəb olacaq. İttifaqın əsasında üzv dövlətlərin arasında ortaq istisadi zonanı yaratmaqdan çox, uzun müddətlik Rusiyanın maraqlarına xidmət edəcəyi , Rusiyanın ittifaq üzvlərini iqtisadi mənada özündən asılı edərək siyasi asılılıq üçün də zəmin hazırlayacağı gözlənilir. Həmçinin siyasi olaraq bir dövləti təsir altına almağın ən asan yolu iqtisadi olaraq eyni dövləti asılı etməkdir. Rusiya da köhnə Sovet Respublikalarını yenidən bir araya gətirib təsir altına almaq çün Avrasiya İqtisadi Birliyini bir vasitə kimi istifadə etmək istəyir. Belə bir ittifaqın nəticəsində regionla ilə mühüm əlaqələri olan Türkiyə və Avropaya da mənfi təsirlər olacaq. Necə ki, ortaq gömrük ittifaqından ötəri Türkiyənin əlaqədar dövlətlərə etdiyi ixracatlar düşəcək , region dövlətlərinin enerji və nəqliyyat sahələrində inkişaf etdirdiyi və həm Avropanın, həm də bölgənin maraqlarına xidmət edəcək layihələri iflasa uğrayacaq.
Emin Axundzadə, Xəzər Strateji Araşdırmalar İnstitutu