Qusar rayonunda enerji təchizatı yaxşılaşdırılır
AzVision.az xəbər verir ki, “Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, müəssisənin 110 kilovoltluq (kV) “Qusar” yarımstansiyasının transformatorlarında təmir, sınaq işləri aparılmış, qapalı paylayıcı quruluşun binasının təmiri başa çatdırılıb. Bundan əlavə, şəbəkənin gücləndirilməsi və enerji təchizatının yaxşılaşdırılması məqsədilə quraşdırma işləri yerinə yetirilmişdir. Analoji işlər “Yasab”, “Aşağı Ləyər”, “Sudur”, “İmamqulukənd”, “Həzrə” və sair hava xətlərində də həyata keçirilib.
Rayonun bir sıra kəndlərində elektrik verilişi xətləri üzrə yeni dəmir-beton dayaqlar quraşdırılmış, müxtəlif markalı kabel xətti çəkilmişdir. Bundan başqa xeyli sayda abonentin sayğacı küçəyə çıxarılmış və həyətlərdən keçən açıq naqillər SİP kabellərlə əvəz edilib.
Teqlər: