Azərbaycan Hindistanla energetika üzrə əməkdaşlıq edəcək

Azərbaycan Hindistanla energetika üzrə əməkdaşlıq edəcək
  24 Yanvar 2014    Oxunub:1378
Azərbaycan və Hindistan arasında energetika sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın energetika naziri Natiq Əliyev Hindistanın Nyu Dehli şəhərində keçirilən “Petrotech-2014” XI Beynəlxalq neft və qaz konfrans və sərgisində iştirak edib.

Energetika Nazirliyindən AzVision.az-a bildirilib ki, “2030–cu ilə baxış: İnkişaf etməkdə olan Qlobal Enerji Səbəti – çağırışlar və imkanlar” mövzusunda keçirilən konfrans və sərgidə təmiz və sərfəli enerji istehsalı imkanlarının araşdırılması, karbohidrogen ehtiyatlarının kəşfi və hasilatı sahəsində yeni texnologiyaların tətbiqinə yönəlmiş enerji siyasəti haqqında məlumat verilib.
Tədbirdə Hindistanın neft və təbii qaz naziri Veerappa Moily bildirmişdir ki, konfrans enerjidən səmərəli istifadəni təmin etməklə xalqın yaşayış səviyyəsinin yüksəldilməsi, qlobal problemlər, risklər və digər maneələrin aradan qaldırılması, neft və qaz ehtiyatlarının azalan və yüksələn temp ilə inkişafı istiqamətində görülən tədbirlərin müzakirəsi baxımından faydalı olunub.

Tədbir çərçivəsində Hindistanın Baş naziri Manmohan Singh, neft və təbii qaz naziri Veerappa Moily və Azərbaycanın energetika naziri Natiq Əliyevin iştirakı ilə görüş keçirilib. Görüş zamanı Azərbaycanın regionun enerji siyasətinə təsiri, Avropa və Asiya arasında yerləşməsinin enerji layihələrindəki əhəmiyyəti, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rolu xüsusi qeyd edilib. Həmçinin Azərbaycan və Hindistan arasında energetika sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti