Dünya Bankının direktoru Artur Rasizadə ilə görüşəcək

Dünya Bankının direktoru Artur Rasizadə ilə görüşəcək
  23 Yanvar 2014    Oxunub:1154
Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali bu gün Bakıya gəlib. Bunu trend-ə bankın Bakı nümayəndəliyindən deyiblər.

H.Kerali artıq maliyyə naziri Samir Şərifovla görüşüb. O, sabah iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Baş nazir Artur Rasizadə ilə görüşəcək.

DB-nin regional direktorunun səfəri cümə günü axşam saatlarında başa çatacaq.

Görüşlər zamanı Dünya Bankının Azərbaycandakı əməliyyatlarının cari vəziyyəti, bankın qısamüddətli və ortamüddətli planları, həmçinin DB-nin Azərbaycan üzrə yeni strategiyası müzakirə edilir.Strategiya üzərində iş 2014-cü ilin sonunadək tamamlanacaq. O, növbəti 3-4 ili əhatə edəcək.


Teqlər:  





Xəbər lenti