Bu ərazilərdə kafe və restoranlar işləməyəcək

  03 Avqust 2020    Oxunub : 3581
 Bu ərazilərdə kafe və restoranlar işləməyəcək
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərə qoyulan məhdudiyyətlər qüvvədə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

Azvision.az

Teqlər: Kafe   Restoran