Gəncə və Göygölə 7 milyon ayrıldı

Gəncə və Göygölə 7 milyon ayrıldı
  22 Yanvar 2014    Oxunub:1186
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılsın.

Dövlət başçısı, həmçinin Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Teqlər:  





Xəbər lenti