`SOCAR` qazma işləri aparır

`SOCAR` qazma işləri aparır
  22 Yanvar 2014    Oxunub:1292
“SOCAR-AQŞ” MMC bir neçə quyuda qazma işləri aparır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və “Abşeron Qazma Şirkəti”nin (AQŞ) birgə müəssisəsi olan “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən bir neçə quyuda qazma işləri aparılır.

MMC-nin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, hazırda müəssisə tərəfindən “Günəşli” yatağının dayaz sulu hissəsində yerləşən iki dərin dəniz stasionar özülündə üç qazma qurğusundan istifadə etməklə qazma işləri aparılır. Həmçinin “SOCAR-AQŞ” tərəfindən “Bahar Enerji” Əməliyyat Şirkətinin qazma proqramı çərçivəsində daha bir quyuda qazma əməliyyatları davam etdirilir.


Teqlər:





Xəbər lenti