Azərbaycanda köhnə maşınlar sıradan çıxarılacaq

Azərbaycanda köhnə maşınlar sıradan çıxarılacaq
  21 Yanvar 2014    Oxunub:8055
“Avro-4 standartlarına tətbiqinə 2 aydan bir az artıq zaman qalıb. Bu o deməkdir ki, istehsal müddəti 2005-ci ilə qədər olan Avropada istehsal olunan avtomobillər bundan sonra ölkəyə gətirilə bilməyəcək. Asiya avtomobilləri üçün isə bu tarix daha yaxındır: ölkəmiz yalnız ili 2011-ci ildən bəri olan maşınları qarşılayacaq”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Ekspert hesab edir ki, Avro-4 standartlarına keçidə uyğun olaraq ili köhnə olan avtomobillərin sıradan çıxarılmasına başlanacaq və bunun üçün də konkret addımların atılmasına ehtiyac var:

“Məqsəd mühitin çirklənməsinin qarşısını almaqdır. Amma bununla bu məqsədə nail olmaq mümkün olacaqmı? Problem ondadır ki, hal-hazırda ölkəmizin avtomobil parkında olan maşınların əksəriyyəti köhnə avtomobilərdir. Deməli, həmin avtomobillərin də tədricən istifadəsinin məhdudlaşdırılmasına ehtiyac var.

Bunun üçün isə konkret addımlarn atılmasına ehtiyac var: Standartlara cavab verməyən avtomobillərin mərhələli şəkildə dövriyyədən çıxarılması həyata keçirilməlidir. Birinci növbədə ilk 3 il ərzində 1990-cı ilə qədər istehsal olunan avtomobillər dövlət tərəfindən kompensasiya ödənərək alına bilər. Bu tip avtomobillərin qiymətinin kifayət qədər ucuz olması dövlət büdcəsinə elə də ciddi təsir göstərməyəcək. Daha sonra isə 1995-ci ilə kimi istehsal olunmuş nəqliyyat vasitələrinin dövlət tərəfindən alınaraq dövriyyədən çıxarılmasına nail olmaq mümkündür. İli köhnə olan avtomobillər vətəndaşlardan dövlət tərəfindən alınsa, hər iki tərəf bundan razı qalar. Növbəti mərhələdə isə uyğun olaraq 2000-ci və 2005-ci ilədək olan avtomobillərin dövlət tərəfindən çıxarılması mümkündür.

Ölkədə yol qəzalarının 70-75 faizi məhz ili köhnə avtomobillərin payına düşür”-deyə ekspert qeyd edib.

V.Bayramovun sözlərinə görə, bu məsələdə əsas problem ondadır ki, ölkəyə gətirilən avtomobillərin yarıdan çoxu paytaxtda istismar olunur. “Bu da öz növbəsində tıxacların yaranmasına və ekoloji cəhətdən problemlərin yaranmasına gətirib çıxarır. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, hazırda ölkədəki avtomobillərin 20 faizi heç bir standarta cavab vermir. Yerdə qalan 40 faizi Avro-1 standartına, 30 faizi isə Avro-2 və Avro-3 standartlarının payına uyğundur. Avro-4 və 5 standartına uyğun avtomobillər isə ümumi bazarın 10 faizni təşkil edir. Məlumat üçün qeyd edək ki, ili köhnə olan avtomobillərin dövlət tərəfindən alınması təcrübəsi Rusiyada tətbiq olunub. Rusiyada 2005-ci ildə avro standartları tətbiq olunan zaman hökumət bu standarta cavab verməyən avtomobillərin əvəzində aşağı faiz kreditlə müasir avtomobillər təklif edilir. Eyni təcrübədən qonşu Türkiyədə də istifadə edilib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti