Çin şirkəti 60 milyon smartfon satmaq niyyətindədir

Çin şirkəti 60 milyon smartfon satmaq niyyətindədir
  21 Yanvar 2014    Oxunub:1237
“ZTE” bu il 60 milyon smartfon satmaq niyyətindədir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin “ZTE” smartfon istehsalçısı bu il dünya üzrə 60 milyon smartfon satmağı planlaşdırır, halbuki şirkətin ötən il satış həcmi bu rəqəmdən iki dəfə az olub. Uzun illərdir mütəxəssislər Çin istehsalçısının səylərini yüksək qiymətləndirirlər, lakin hazırda smartfonlar bazarında rəqabətin güclü olması, “Apple”, “Samsung” və “Google” kimi şirkətlərin liderliyinə görə onlar “ZTE”-nin səsləndirdiyi planların həyata keçirilməsinə şübhə ilə yanaşırlar.

2013-cü ilin yekunları üzrə Çin istehsalçısı bazara 36 milyondan çox smartfon tədarük edib. “IDC” və “Gartner” analitik şirkətlərinin son məlumatlarına görə, digər Çin istehsalçısı “Huawei” şirkəti ilə rəqabət aparan “ZTE” ötən il beş nəhəng smartfon istehsalçısı siyahısında yer ala bilməsə də, mobil rabitə operatorları üçün telekommunikasiya avadanlığı istehsalçıları seqmentində öz mövqeyini möhkəmlədib.

Çində “ZTE” şirkəti həm dünya istehsalçılarından “Samsung Electronics”, “Apple”, “Huawei”, həm də “Lenovo” və “Xiaomi” kimi yerli şirkətlərlə rəqabət aparır.


Teqlər:





Xəbər lenti