Marqvelaşvili Ərdoğanla `Bakı-Tbilisi-Qars`dan danışdı
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Türkiyəyə dövlət səfəri çərçivəsində Ankarada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb.
AzVision.az xəbər verir ki, Gürcüstan Prezidenti Administrasiyasından Trend-ə verilən məlumata görə, tərəflər etibarlı və strateji tərəfdaşlar olan Gürcüstan və Türkiyə arasında münasibətlərin perspektivlərini müzakirə ediblər.
Qeyd olunub ki, Türkiyə Gürcüstanın bir nömrəli ticarət tərəfdaşıdır və gürcü tərəfi üçün Türkiyə bazarına çıxmaq, həmçinin Gürcüstan məhsullarının ixracı üçün texniki maneələrin aradan qaldırılması vacib və prioritetdir.
Bundan başqa, Türkiyə və Gürcüstanın birgə həyata keçirdiyi vacib layihələr, xüsusilə də Bakı-Tbilisi-Qars dəmiryolu magistralının tikintisi və mədəni abidələrin mühafizəsi məsələləri də müzakirə olunub.