Ət və meyvə-tərəvəz bahalaşdı
Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 11,6 faiz, narın 0,5 faiz, feyxoanın 8,7 faiz, şabalıdın 9,1 faiz, fındığın 1,5, qozun istehsalçı qiymətləri 3,7faiz bahalaşıb, limonun istehsalçı qiymətləri 8,5 faiz, portağalın 12,7 faiz, narınginin isə 17,5 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçi ətinin istehsalçı qiymətləri 0,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz təbii balın istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 1,0 faiz, camışın 0,6 faiz, diri qoyun və keçilərin 0,8 faiz, qazın 0,5 faiz, qoyun ətinin (diri çəkidə) 0,7 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, südün 1,1 faiz, yumurtanın istehsalçı qiymətləri 6,5 faiz bahalaşıb.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6 faiz bahalaşma müşahidə olunub.