“Qarabağ danışıqlarında status-kvo həmişəlik davam edə bilməz” - Quterreş

 “Qarabağ danışıqlarında status-kvo həmişəlik davam edə bilməz” -    Quterreş
  23 İyul 2020    Oxunub:4564
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz".

Azvision.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı deyib.
Baş katib Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahat olduğunu bildirib və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edib.

Bundan əlavə, Quterreş hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb.

Azvision.az


Teqlər: BMT   Quterreş   Qarabağ  





Xəbər lenti