`SOCAR` Tbilisidə yeni stansiya açıldı
Mahir Məmmədov məlumat verib ki, bu, Gürcüstanda sayca 106-cı yanacaqdoldurma stansiyasıdır. Stansiyanın müasir tələblərə uyğun inşa olunduğunu bildirən şirkət rəsmisi burada 15 nəfərin işlə təmin edildiyini və soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli və Bolnisi rayonlarının hər birində yeni qazdoldurma stansiyasının açılacağını vurğulanıb.