TƏBİB AzTV-nin koronavirusdan ölən əməkdaşı ilə bağlı açıqlama yaydı

  02 İyul 2020    Oxunub : 3389
 TƏBİB AzTV-nin koronavirusdan ölən əməkdaşı ilə bağlı açıqlama yaydı
Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi (TƏBİB) ötən gün sosial şəbəkələrdə koronavirusdan dünyasını dəyişən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səs yazısına münasibət bildirib.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Azvision.az -a açıqlamasında deyib ki, S.Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

"Daxil olarkən pasiyentin kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər ürək çatışmazlığı oub. Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib.

Qeyd edildiyi kimi, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərina uyğundur".

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB