Ölkədə 140 min ailə sosial yardım alır

Ölkədə 140 min ailə sosial yardım alır
  16 Yanvar 2014    Oxunub:17178
2014-cü il yanvarın 1-ə olan məlumata əsasən, respublikada 615 min 516 nəfər ailə üzvünü əhatə edən 140 min 711 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Məlumata görə, onlardan 39 min 852-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 8 433 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 296 min 185 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 10 min 279 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 20 min 253 nəfərdir.

Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 126,88 manat, hər ailə üzvü üçün 29,01 manat təşkil edir.

Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq cari ilin əvvəlindən 100 manata çatdırılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti