Sabahın havası

Sabahın havası
  17 Mart 2013    Oxunub:1321
Bazar günü buludlu hava şəraiti gözlənilir
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 22 dərəcəyədək isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında martın 17-də hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər ayrı-ayrı yerlərdə dumanlı, lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 4-9, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti