Bakıda daha bir forum keçiriləcək

Bakıda daha bir forum keçiriləcək
  14 Yanvar 2014    Oxunub:872
Finlandiyanın paytaxtı Helsinkidə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin təsisçi üzvü prezident Tarja Halonenin (2000-2012) təşkilatçılığı ilə cari ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II Global Shared Societies Forumuna hazırlıq prosesinin müzakirəsi üçün görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2013-cü ildə 4-7 sentyabr tarixlərində Bakıda Forumun təşkil olunmasına nəzarət üçün Xanım Prezident Tarja Halonenin də iştirakı ilə Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberga, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Hollandiyanın sabiq Baş naziri Vim Kok, İsgəndəriyyə Kitabxanasının direktoru Dr. İsmail Seragəldin və bir çox digər tanınmış simaların cəlb olunduğu Beynəlxalq Təşkilat Komitəsi yaradılıb.

Qeyd edək ki, II Global Shared Societies Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü ilə keçiriləcək. I Cənubi Qafqaz Forumundan başlayaraq yaradılan şəbəkəyə hazırda dünyanın 60-dan çox sabiq ölkə və hökumət rəhbərləri cəlb olunub. Görüşdə Xanım Prezident Tarja Halonen 2015-ci il Minilliyin İnkişaf Proqramı çərcivəsində mühüm əhəmiyyətə malik olan bu Forumun keçirilməsinin regionun təcrübəsinin dünyaya təqdim olunmasında önəmli olduğunu vurğulayıb. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi, ətraf mühitin qorunması, davamlı iqtisadi inkişaf proqramı və qadınların cəmiyyətdə aktiv rolu kimi diqqət mərkəzində olan mövzuların müzakirəsinin əhəmiyyətini qeyd edib. Cari ilin aprel ayında keçiriləcək II Global Shared Societies Forumunun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərlərinin, o cümlədən, dünyanın tanınmış ictimai və siyasi xadimlərinin iştirakı nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti