“Biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq” - Prezident

 “Biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq” -    Prezident
  11 İyun 2020    Oxunub:3962
“Son illər Azərbaycanda energetika sahəsində çox böyük işlər görülüb, generasiya gücləri artırılıb, itirilmiş güclər bərpa edilib”.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Xətai rayonunda “Azərenerji” ASC-nin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında deyib.

Dövlət başçısı bildirib ki, yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının (İES) yenidənqurmadan sonra açılışı olacaq.

"Əslində, bu, yenidən tikilmiş 2 400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisidir. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında 2-ci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər. Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik”, - deyə Prezident qeyd edib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti