“Naxçıvanda koronavirus pandemiyası az hiss edilir” - Baş Nazir

 “Naxçıvanda koronavirus pandemiyası az hiss edilir” -  Baş Nazir
  06 İyun 2020    Oxunub:3251
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən kommunal müəssisələrin, bələdiyyələrin, yerli icra orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov deyib.

Baş Nazir bildirib ki, 2017-ci ilin əvvəlindən etibarən kənd yaşayış məntəqələrində məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin bələdiyyələr tərəfindən həyata keçirilməsinə başlanılıb və bu layihə uğurla davam etdirilir.

"Muxtar respublikamızda yeni növ koronavirus pandemiyasının az hiss edilməsinin səbəblərindən biri də, məhz vaxtında gigiyenik qaydalara tam əməl olunması, binaların zirzəmilərinin daim təmiz saxlanılması, məişət tullantılarının məhvi və bu istiqamətdə digər qabaqlayıcı tədbirlərin yüksək səviyyədə təşkili ilə əlaqədardır".

Azvision.az


Teqlər: Naxçıvan   Baş-Nazir  





Xəbər lenti