Sərnişin avtobusları iki gün işləməyəcək

Sərnişin avtobusları iki gün işləməyəcək
  04 İyun 2020    Oxunub:2744
Həftəsonu sərt karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları tam dayandırılacaq.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, 05 iyun 2020-ci il tarixində isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə olduğu kimi fəaliyyət göstərəcək.

Azvision.az


Teqlər: BNA   Karantin  





Xəbər lenti