“190 manatın verilməsi gündəmdə deyil” - AÇIQLAMA

 “190 manatın verilməsi gündəmdə deyil” -    AÇIQLAMA
  04 İyun 2020    Oxunub:3934
Əhaliyə 190 manatın verilməsi iş yerlərinin qapadılması ilə bağlı idi. Lakin indi iş yerləri açılıb və həftəsonu məhdudiyyətlərindən sonra insanlar işə çıxacaqlar.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda 190 manatın verilməsi gündəmdə deyil.

Aytən Zəhra
Azvision.az



Teqlər: Həftəsonu   İş   190manat  





Xəbər lenti