“Kim işdən çıxarılırsa, milyonları ortaya çıxır” - Deputat

  02 İyun 2020    Oxunub : 2395
“Kim işdən çıxarılırsa, milyonları ortaya çıxır” -    Deputat
Azərbaycanda maliyyə və kapital amnistiyası ilə bağlı məsələnin sürətləndirilməsi vacibdir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır.

Ə.Məsimli, həmçinin qeyd edib ki, kim işdən çıxarılırsa, onun milyonları ortaya çıxır.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Deputat