Nurlan Həsənovdan sosial şəbəkələrlə bağlı təklif

  01 İyun 2020    Oxunub : 2347
   Nurlan Həsənovdan sosial şəbəkələrlə bağlı təklif
“Son dövrlər sosial mediada müzakirələrin qəddarcasına ictimai və siyasi şəxslərə qarşı aqressiv formada və cinayət hüququna zidd şəkildə aparılması hallarının artması müşahidə olunur”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə mövcuddur: “Bütün bunlar hücuma məruz qalan insanların fərdi hüquqlarının pozulması ilə yanaşı, eyni zamanda, siyasi müzakirənin mövcudluğunu sual altına salır. Belə qəddar mühitdə insanlar bir çox hallarda ağır sözlərə məruz qalacağından ehtiyat edərək siyasi müzakirələrdən çəkinir və fikrini ifadə etmir. Bu isə fikir azadlığını təhlükə altına salır. Buna qarşı mübarizə aparmaq üçün hüquq-mühafizə orqanlarının sosial şəbəkələrdə olan nifrət cinayətlərinə qarşı effektiv mübarizəsi tələb olunandır. Səmərəli cinayət təbiqi cinayətkarın identifikləşməsini və sübutların qorunmasını şərtləndirir. Cinayət məsuliyyətinə səbəb olan paylaşımlar barədə məlumatların hüquq-mühafizə orqanlarına təqdim olunması isə səmərəli cinayət təqibi üçün çox vacibdir. Bu istiqamətdə beynəlxalq təcrübədən bəhs etmək istəyərdim. Almaniyada bu sahədə ciddi irəliləyişlər əldə olunub və yeni qanunlar qəbul edilib. 2017-ci ildə Almaniyada 6 maddədən ibarət “Sosial şəbəkənin mühafizəsi haqqında” qanun qəbul edilib. Sosial şəbəkənin operatorları qarşısında müəyyən öhdəliklər qoyulub. İndiyədək əldə olunan təcrübə onu göstərir ki, sosial şəbəkə operatorları tərəfindən qanunazidd paylaşımların sadəcə silinməsi, bloklanması, hüquq-mühafizə orqanlarının bu növ məlumatlara çıxışının olmaması və cinayət tərkibli paylaşımlar edən sosial şəbəkə istifadəçiləri barədə məlumatsız olması, tədbir görə bilməməsi sonda bu cinayətlərin cəzasız qalması belə bir təəssürat yaradır ki, sosial şəbəkələrdə, internet mühitində heç bir qanun işləmir. Nəticədə 2020-ci ilin fevralında “Sağ eksterimizim və nifrət cinayətlərinə qarşı mübarizə haqqında” qanun, bu ilin martında “Sosial şəbəkənin mühafizəsi haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sənəd Almaniya hökuməti tərəfindən parlamentə təqdim olunub. Bu sənədlərlə bağlı müzakirələri izləyirəm. Yeni qanun layihəsində əsas dəyişikliklərdən biri ondan ibarətdir ki, sosial şəbəkələrdə cinayət tərkibli paylaşımlar edən istifadəçilərə məxsus şifrələr xüsusi ağırlaşdırıcı hallarda məhkəmə qərarı əsasında sosial şəbəkə operatoru tərəfindən Almaniya Kriminal Federal İdarəsinə bildirilməlidir. Bu, böyük irəliləyişdir və biz də bu istiqamətdə müəyyən işlər görə bilərik".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis