2,1 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarıldı
AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu həcmin 1,5 milyon tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 29,2 milyon ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-ci il yanvar ayının 1-dək Ceyhan limanından 232,8 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.