Müsavat partiyası: “Cəmil Həsənli üzr istəməlidir”
"Bunların iclaslarına, etdikləri müzakirələrə, ritorikalarına diqqət edin. Mən əlavə şərh etmək istəmirəm. Digərlərinin işi-gücü Müsavata qarşı şər-böhtan danışmaq və yaymaq olduğu üçün, faktiki Müsavata qarşı trolluqla məşğul olduqlarından onlarla işim yoxdur. Bir daha Cəmil Həsənlidən Müsavat Partiyasından üzr istəməsini tələb edirəm", - deyə partiya nümayəndəsi bildirib.
Qeyd edək ki, Cəmil Həsənli Milli Şuranın onlayn toplantısında Müsavat üzvlərini bədbəxt adlandırıb.
Azvision.az
Teqlər: Müsavat