911 mindən çox maşın icbari siğorta edilib

911 mindən çox maşın icbari siğorta edilib
  08 Yanvar 2014    Oxunub:1331
2013-cü ilin dekabr ayı ərzində 55,8 min avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi bağlanıb ki, bunların 19,8 minə qədərini xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
AzVision.az İcbari Sığorta Bürosuna istinadən verdiyi məlumata görə, göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 3,9 milyon manatdan çox olub.

Ümumilikdə 2013-cü ilin yanvar-dekabr ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə 911,9 mindən çox sığorta müqaviləsi bağlanıb, bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 69,3 milyon manat təşkil edib.

2012-ci illə müqayisədə AVSMMİS üzrə 2013-cü ildə sığorta müqavilələrinin sayında 0,5%, sığorta haqlarının məbləğində 3,6% azalma müşahidə edilib.

İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2013-cü il ərzində icbari sığorta növləri üzrə ümumilikdə 1 milyondan çox sığorta müqaviləsi bağlanıb.

Ümumilikdə 2013-cü il ərzində bağlanmış icbari sığorta müqavilələrinin sayı 1 milyondan, daxil olan sığorta haqlarının məbləği isə 82,6 milyon manatdan çox olub.


Teqlər:  





Xəbər lenti